Fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək.
“Fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək”, - Türkiyə liderinin saytında məlumat verilir.
Şuranın iclasında ikitərəfli münasibətlərin gələcəkdə dərinləşməsi məqsədilə əməkdaşlığın bütün aspektlərini müzakirəsi planlaşdırılır.
“O cümlədən, iclas çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır”, - məlumatda vurğulanır. **
A.Əhmədova