Azərbaycanda 2 nəfər yüksək hərarətlə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri məlumat verir.
“1995-ci il təvəllüdlü Azərbaycan və 1998-ci il təvəllüdlü İran vətəndaşları İranın koronavirus xəstəliyi qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Hərarətləri normadan yüksəkdir”, - məlumatda qeyd olunur.
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. “Səhhətlərində problem yoxdur, həkim müşahidələri altındadırlar”, - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən qeyd olunub. **
X.Nəsirzadə