Azərbaycan 2019-cu ildə $45 milyon 888 min məbləğində şokolad idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"2019-cu ildə Azərbaycan $45 milyon 888 min dəyərində 17,765 min ton şokolad idxal edib. 2018-ci illə müqayisədə idxalın həcmi miqdar ifadəsində 6,6%, dəyər ifadəsində 13,3% artıb", - deyə məlumatda bildirilir.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Ötən il RF-dən $29 milyon 461,19 min dəyərində (artım 17,5%) 12,643 min ton (artım 12,3%) şokolad idxal edilib. 2019-cu ildə Azərbaycana şokolad idxalının 71,2%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 2019-cu ildə bu ölkədən $4 milyon 369,5 min dəyərində 2,312 min ton şokolad idxal edilib.
Eyni zamanda, Azərbaycan ötən il $5 milyon 277,17 min dəyərində (artım 46,5%) 2,49 min ton (artım 48,5%) şokolad ixrac edib. Rusiyaya $2 milyon 918,64 min məbləğində (artım 48,7%) 1,341 min ton (artım 46,44%) şokolad ixrac edilib.*
B.Rüstəmbəyov