2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri 2018-ci illə müqayisədə 6,2% - 673 milyon 206,8 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycan bu nəqliyyat dəhlizi ilə yük daşımalarından 207 milyon 527,2 min manat (artım 15,7%) gəlir əldə edib.
2019-cu ildə Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 163 milyon 263,7 min manat (artım 6,6%) məbləğində olub.
Xəbər verildiyi kimi, ötən il TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük (artım 0,2%), o cümlədən 8 milyon 77,2 min ton tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 360 milyon 612 min nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova