2019-cu ildə Azərbaycan $124 milyon 207,53 min dəyərində qabığı təmizlənmiş meşə fındığı ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Ötən il Azərbaycan $124 milyon 207,53 min məbləğində (artım 32,8%) 22,023 min ton (artım 20,8%) meşə fındığı ixrac edib”, - deyə məlumatda bildirilir.
Meşə fındığının əsas idxalçıları Rusiya, İtaliya və Almaniyadır.
2019-cu ildə Rusiyaya $57 milyon 844,69 min məbləğində 11,039 min ton, İtaliyaya $33 milyon 210,73 min məbləğində 5,45 min ton, Almaniyaya isə $20 milyon 938,46 min məbləğində 3,402 min ton fındıq ixrac edilib.
2018-ci ildə Azərbaycan $93 milyon 507,25 min məbləğində 18,223 min ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib.*
B.Rüstəmbəyov