"BakuBus" «Atəşgah Sığorta» şirkətini əməkdaşların könüllü tibbi sığortası üzrə sığortaçı seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Seçim tender metodu ilə həyata keçirilib.
Tərəflər arasında 39,9 min manat dəyərində müqavilə bağlanılıb.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkət sığorta haqları və ödənişlərin həcminə görə ölkənin aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Səhmdarları bir neçə hüquqi şəxsdir. Nizamnamə kapitalı 5 mln. 8,5 min manata bərabərdir.*
Ə.Məmmədov