Çin Xalq Respublikasının sədri Si Cinpin Pekinin Covid-19 koronavirusun üzərində qələbə çalmağa qadir olduğuna əmindir.
“Çin xalqının yeni tip koronavirusa qarşı mübarizəsi davam edir. Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əmindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq”, - Cinpin Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd edib.
Çin liderinin məktubu Azərbaycan prezidentinin saytında dərc olunub. Məktubda Çin lideri yeni tip koronavirusla əlaqədar Çin vətəndaşlarının ölümü ilə bağlı başsağlığı məktubuna görə Azərbaycan prezidentinə minnətdarlığımı bildirib.
O cümlədən, Cinpin qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafına dinamik inkişafının müsbət meyli müşahidə olunur. “Mən 2020-ci ildə də Çin-Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam”, - Çin lideri vurğulayıb. **
A.Əzizov