2020-ci ildə Bakı və Ankara birgə hərbi təlimlərin sayını artıracaq, silahların birgə istehsalının təşkilini müzakirə edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“2019-cu ildə Azərbaycan və Türkiyə 13 birgə təlim keçirib, 2020-ci ildə onların sayı daha da artacaq. O cümlədən, Türkiyədən müasir silahların alışını davam etdirəcəyik”, - Əliyev çərşənbə axşamı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunlarına dair bildirib.
Əliyev vurğulayıb ki, Şuranın iclasında türkiyəli həımkarı Rəcəb Tayyip Ərdoğanla silahların birgə istehsalını müzakirə edib.
Azərbaycan prezidenti əlavə edib ki, Bakı müdafiə və təhlükəsilik məsələlərində Ankara ilə əməkdaşlığı davam etdirəcək. **
A.Əzizov