Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin futbol üzrə milli komandasının 2020-ci il Avropa çempionatı çərçivəsində keçirəcəyi qarşılaşmaları izləmək üçün iyunda Bakıya gələcək.
“Mən futbol üzrə milli komandamızın 2020-ci il Avropa çempionatı çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmaları izləmək məqsədilə iyunda Bakıya gələcəm”, - deyə o, fevralın 25-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunları üzrə bildirib.
Avropa çempionatı 12 iyun - 12 iyul 2020-ci il tarixlərində Avropanın 12 şəhərində keçiriləcək. A qrupunun (İtaliya, İsveçrə, Türkiyə, Uels) oyunları Romada və Bakıda baş tutacaq. Bakıda qrup mərhələsinin üç oyunu (Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə) və dörddə bir final (4 iyul) keçiriləcək.*
B.Rüstəmbəyov