Çərşənbə günü Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 7 nəfər yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Həmin şəxslərdən 2-si Azərbaycan, 5-i İran vətəndaşıdır. Onlardan 6 nəfərin səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Daha bir nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Onlar həkim müşahidəsi altındadırlar”, - məlumatda qeyd olunur.
Beləliklə, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 13 nəfər var.
O cümlədən, Səhiyyə Nazirliyi qeyd edir ki, İranın xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. **
X.Nəsirzadə