Dövlət Turizm Agentliyinin (DTA) Qoruqların İdarəetmə Mərkəzi əməkdaşların könüllü tibbi sığortası (KTS) üçün sığortaçı seçir.
Seçim kotirovka sorğusu metodu ilə həyata keçirilir.
Təkliflər 12 mart 2020-ci il tarixinədək qəbul olunur. Tender proseduru martın 13-də baş tutacaq.
Prezident İlham Əliyev 2018-ci ilin dekabr ayında Dövlət Turizm Agentliyinin nəzdində Qoruqların İdarəetmə Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Mərkəzin yaradılmasında məqsəd Dövlət Turizm Agentliyinin tabeliyindəki nadir tarixi-mədəni irs nümunələri olan dövlət qoruqlarının idarə edilməsidir.*
Ə.Məmmədov