“Qala Sığorta” şirkəti “Aqrolizinq” ASC-yə avtomobillərin könüllü (KASKO) sığortası üzrə xidmət göstərəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
““Qala Sığorta” şirkəti “Aqrolizinq”in balansında olan avtomobillərə KASKO sığorta xidmətinin göstərilməsi üçün keçirilmiş kotirovka sorğusunun qalibi olub. 2020-ci il fevralın 12-də şirkətlə müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin səhmlərinin 100%-nin $6,5 milyona alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 50 manatdır.*
Ə.Məmmədov