Prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı onu ad günü münasibətilə təbrik edib.
“Prezident İ.Əliyev fevralın 26-da Ərdoğana telefonla zəng edib. Dövlət başçısı türkiyəli həmkarını ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb”, - deyə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə İ.Əliyevə təşəkkür edib.
Söhbət zamanı dövlət başçıları dünən Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının əhəmiyyətinə toxunublar. “Liderlər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər”, – deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov