Yanvarda Vinnitsk vilayətində qeydə alınan quş qripi ilə əlaqədar Yaponiya, Koreya, Azərbaycan, Ermənistan, Moldova, İraq, Filippin, Mərakeş, Tunis, Sinqapur, Küveyt, Səudiyyə Ərəbistanı və digər ölkələr Ukraynadan quş əti idxalına qadağa qoyub. Bu barədə “Mironovski xlebprodukt” aqroholdinqindən məlumat verilir.
Şirkətin Facebook səhifəsində çərşənbə günü dərc etdiyi məlumatına əsasən, həmçinin Çin Ukraynadan quş ətinin idxalına qadağa qoyduğunu anons edib. **