Azərbaycan Müdafiə Nazirliyi ilə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib. Bu barədə nazirlikdən məlumat verilir.
“Azərbaycan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb. **