Azərbaycan dövlət sərhədini keçəndən sonra koronanvirus aşkar olunan Gürcüstan vətəndaşı ilə kontaktda olan Azərbaycanın gömrük və sərhəd orqanlarının əməkdaşları nəzarətə götürülüb. Bu barədə Səhiyyə Nazirliyi məlumat verir.
“Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşı ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir", - Səhiyyə Nazirliyi qeyd edir.
"Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilmiş və “Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib. Virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər”, - nazirlikdən qeyd edilib. **
A.Əzizov