Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə 5-i əcnəbi olmaqla 10 nəfər yerləşdirilib. Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bu gün məlumat verib.
“Onlardan 5 nəfəri Gürcüstan, 1 nəfəri İtaliya, 4 nəfəri isə Azərbaycan vətəndaşıdır”, - deyə o, bu gün hökumətin iclasında bildirib.
Ötən gün nazir E.Tikaradze ölkədə ilk dəfə koronavirusa yoluxma halının qeydə alındığı barədə məlumat verib. Koronavirus 50 yaşlı Gürcüstan vətəndaşında aşkarlanıb. O, ölkəsinə Azərbaycan ərazisindən keçməklə İrandan gəlib.*