Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının orden ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə general-leytenant Asif Cəbrayılov, general-leytenant Əsgər Xəlilov və general-leytenant Fərhad Tağı-zadə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər. **
X.Nəsirzadə