Bakıda elektrik enerjisinin verilişinin qısamüddətli kəsilməsindən sonra metropolitenin bütün stansiyalarında qatarların hərəkəti bərpa edilib.
“Hazırda bütün stansiyalar adi rejimdə işləyir. “Xalqlar Dostluğu”, "Əhmədli" və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin verilişi Bakı vaxtı ilə saat 17:14-də bərpa olunub və elektrik enerjisinin dayanıqlılığı təmin edilib. Bu stansiyalar sərnişinlərin girişi üçün açıqdır”, - deyə metropolitenin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 15:48-də Bakı Metropolitenində elektrik enerjisinin verilişi kəsilib. Hazırda üç stansiya - "Həzi Aslanov", "Əhmədli" və "Xalqlar Dostlugu" stansiyaları istisna olmaqla, elektrik enerjisinin verilişi bərpa olunub.
Bakıda elektrik enerjisinin qəfildən bir neçə saniyə kəsilməsi svetoforların işində problemlərə səbəb olub.
"Azərenerji" ASC enerji təchizatı sistemində yaranmış problemin səbəblərini şərh etmir.*
N.Abbasova