Cümə axşamı koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin yanında qərargah yaradılıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir.
“Qərargah Nazirlər Kabinetinin aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarətdir”, - məlumatda qeyd olunur.
Bundan başqa, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycanın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.
Həmçinin, Nazirlər Kabinetindən bildirilir ki, Azərbaycanda əhali arasında yoluxma halları aşkar edilməyib. **
X.Nəsirzadə