Martın 4-5-də Bakıda “Caspian Franchise” - Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək. Bu barədə “Caspian Event Organisers” şirkətindən məlumat verilib.
“Forumda franşiza sahibləri, sərmayəçilər və sahibkarlar, iri holdinq nümayəndələri və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxslər iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilati dəstəyi və iştirakı ilə keçiriləcək tədbirin məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır.
Forum çərçivəsində keçiriləcək sərgiyə isə dondurma, suşi, qəhvə, geyim, kuryer xidmətləri kimi istiqamətlərdə öz məhsul və xidmətlərini təqdim edən və müxtəlif ölkələri təmsil edən şirkətlər qatılacaq.
Həmçinin sərgidə franşiz tapmaq üçün konsaltinq xidmətləri göstərən şirkətlər də yer alacaq.*
X.Nəsirzadə