Azərbaycanda ilk koronavirusa (COVİD-19) yoluxma faktı qeydə alınıb. Bu barədə operativ qərargahdan məlumat verilib.
“Xəstələnən şəxs Azərbaycana İrandan gəlmiş Rusiya vətəndaşıdır. O, xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.
“Virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov