2020-ci ilin yanvar ayında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $84,808 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2020-ci ilin yanvar ayının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($11,5 milyon), özəl şirkətlər arasında isə “SOCAR Polymer” ($11 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "AzerGold" QSC ($9,4 milyon), "Azəralüminum" MMC ($7,8 milyon), "Azərenerji" ($7,7 milyon), «Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC ($1,2 milyon), "Azərbaycan Hava Yolları" ($595,5 min), “AzərŞüşə” MMC ($166 min) və Bakı Neft Emalı Zavodu ($47 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə Azerbaijan International Mining Company ($7,5 milyon), "MKT İstehsalat Kommersiya" MMC ($6,5 milyon), «Land Lojistik” MMC ($4,8 milyon), «Natural Fruit» MMC ($3,7 milyon), «P-Aqro» MMC ($3 milyon), "Baku Steel Company" MMC ($2,8 milyon), «Fresh Fruits Group» MMC ($2,6 milyon), «Mingəçevir Tekstil” MMC ($2,4 milyon) və «ATEF Şirkətlər Qrupu» MMC ($2,1 milyon) daxildir.
Azərbaycan 2020-ci ilin yanvar ayında $141 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova