2020-ci ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 85,2 milyon manatlıq ($50,1 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar ayı ilə müqayisədə əməliyyatların həcmi 3,5% azalıb.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
B.Rüstəmbəyov