«Sosial-İnkişaf Layihə» MMC modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması üzrə smeta sənədlərinin hazırlanması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi tenderin qalibi olub.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, AQTA «Sosial-İnkişaf Layihə» MMC ilə müvafiq müqavilə bağlayıb. Müqavilənin dəyəri 48,616 min manatdır.
Şirkət modul tipli heyvan kəsimi məntəqələrinin və dönər köşklərinin yaradılması üzrə smeta sənədləri hazırlayacaq.
Xəbər verildiyi kimi, AQTA 2020-ci ildə modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması üzrə pilot layihə həyata keçirəcək. Bu məntəqələrdə heyvan kəsimi pulsuz olacaq.
39 rayonda 40 belə məntəqənin yaradılması nəzərdə tutulur. Bu pilot layihə ilə AQTA-nın nəzdində “Süfrə” MMC məşğul olacaq.*
B.Rüstəmbəyov