Avropa Komissiyası 2020-ci ilin sonunadək TAP-ın tikintisinin başa çatacağına əmindir. Bunu Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt deyib.
“Cari ilin sonunadək TAP layihəsinin uğurla başa çatacağına əminik. Bu həm qaz ixracatçısı olan Azərbaycan, həm tranzit ölkə olan Gürcüstan, həm tranzit ölkə və idxalçı olan Türkiyə, həm də Avropada istehlakçılar üçün yaxşı xəbərdir”, - Borxardt cümə günü Bakıda mətbuat konfransında bildirib.
O, həmçinin məlumat verib ki, hazırda Xəzərdə Azərbaycanın yeni yataqlarında potensial nəzərə alınmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi müzakirə olunur. **
N.Abbasova