31 yanvar 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 863,2 milyon manat təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, yanvarda bankların aktivləri 0,4% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 15 milyard 116,4 milyon manat (artım 1,4% - İF) təşkil edir.
2020-ci il yanvar ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 644,2 milyon manat (artım 1,2%) təşkil edir.
Fevralın əvvəlinə bankların öhdəlikləri 28 milyard 219 milyon manata (artım 0,3%) bərabərdir.
Yanvarda Azərbaycanda bankların ümumi xalis mənfəəti 49,4 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstərici ilə müqayisədə 16% çoxdur.
Yanvarda bankların faiz gəlirləri 167,5 milyon manat (2019-cu ilin yanvar ayı ilə müqayisədə artım 2,3% - İF), o cümlədən verilmiş kreditlər üzrə 131,1 milyon manat (artım 14,8%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 50,1 milyon manat (azalma 4,4%) məbləğində olub.
Hesabat dövründə bankların faiz xərcləri 47,6 milyon manat (azalma 3,1%), o cümlədən depozitlər üzrə 32,6 milyon manat (artım 3,5%), qeyri-faiz xərcləri 93,9 milyon manat (artım 16,4%) təşkil edib.
Yanvarın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 71,4 milyon manat (azalma 8,7%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 16,2 milyon manat (2019-cu ilin yanvar ayında 32,9 milyon manat) yönəldib.
Nəticədə 31 yanvar 2020-ci il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 55,1 milyon manat (2019-cu ilin yanvar ayının göstəricisi ilə müqayisədə artım 15%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişləri 5,7 milyon manat (artım 7,5%) təşkil edib.
31 yanvar 2020-ci il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
Yanvarın sonuna bankların 508 filialı və 132 şöbəsi var.
Azərbaycanın bank sektorunda 19,572 min nəfər (2019-cu ilin yanvar ayının sonuna olan göstərici ilə müqayisədə artım 11,3%) çalışır.**
Ə.Məmmədov