Azərbaycan Cənub Qaz Dəhlizinin ikinci fazası üçün kifayət həcmdə resurslara malikdir. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“CQD-nin birinci fazası Türkiyə və Avropaya 16 milyard kubmetr qaz nəqlini nəzərədə tutur. İkinci faza çərçivəsində Cənubi-Qafqaz Boru Kəməri magostralı və TANAP-ın ötürmə qabiliyyəti 30 milyard kubmetr, TAP qaz kəmərinin gücü – 20 milyard kubmetrədək artırıla bilər”, - Şahbazov cümə günü mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Nazir qeyd edib ki, Avropanın əksər dövlətləri CQD-nin inkişafında maraqlıdır, xüsusilə, Balkan regionu ölkələri. Onların arasında Bolqarıstana CQD-nin birinci fazası çərçivəsində qaz nəql olunacaq.
“CQD-nin ikinci fazası üçün qaz mənbələrinə gəlincə isə, deyə bilərəm ki, onlar mövcuddur. Azərbaycanda perspektivli qaz yataqları var, burada kəşfiyyat işləri aparılır, onların nəticəsinə əsasən CQD-nin nöbəti mərhələsinin təminatı üçün imkanlar meydana gələcək”, - nazir vurğulayıb. **
N.Abbasova