Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZALtəyyarəsi texniki səbəblərə görə Bakıya qayıdıb. Bu barədə AZAL-dan məlumat verilib.
“Bu gün saat 10:35-dəBakıdan Ankaraya yola düşən AZAL-ınJ2-003 nömrəli reysinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib”, - məlumatda qeyd olunur.
Bildirilib ki,təyyarə saat11:05-də Bakının hava limanına uğurlu eniş edib.
“İlkin məlumata görə, reys saat 12:30-aqədər gecikir”, - məlumatda deyilir. **
Ə.Məmmədov