2020-ci ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 6,1 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 53,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Yanvarda fondun agent bankları tərəfindən 3,5 milyon manat məbləğində ipoteka krediti verilib (2019-cu ilin yanvar ayının göstəricisi ilə müqayisədə azalma 84,7% - İF).
Yanvar ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 17,8 milyon manat vəsait alıb.
Bundan başqa, İKZF yanvar ayrında istiqrazların yerləşdirilməsindən vəsait cəlb etməyib.
2019-cu ildə fondun agent bankları tərəfindən 173,6 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
Ə.Məmmədov