Fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-də keiriləcək. Bu barədə məhkəmədən məlumat verilib
“Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-nə təyin edilib”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə seçici fəallığı 46,84% təşkil edib. Mərkəzi Seçki Komissiyası 328 seçki dairəsində səsvermənin nəticələrini ləğv edib. **
Ə.Məmmədov