Baş nazir Əli Əsədov dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsindən 10 milyon manat (cari məzənnə ilə $5,88 milyon) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncam Nazirlər Kabinetinin saytında dərc olunub.
Vəsait 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılacaq.
Sərəncamda bu vəsait hesabına alınacaq dərman vasitələri və tibbi ləvazimatların konkret siyahısı verilmir.*
A.Əzizov