"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdan Dubaya uçan təyyarəsi texniki səbəblərdən Bakıya qayıdıb.
"AZAL-ın bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib. Planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib”, – deyə aviaşirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.*
A.Əzizov