2020-ci il martın 2-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $63,8 mln.-dan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il martın 2-dək 108 mln. 221,167 min manat (cari məzənnə ilə $63,6 mln.-dan artıq), $213,578 min, 17,566 min avro və 5 min rubl vəsait daxil olub”, - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
X.Nəsirzadə