Azərbaycan Mərkəzi Bankı Heydər Əliyev Prospekti, 109 ünvanda yerləşən bankın yeni inzibati binasının detallı layihələndirmə işləri və tikintisi üçün potensial şirkətləri təklif verməyə dəvət edir. Bu barədə AMB-nin elanında deyilir.
Təkliflər 2020-ci il mayın 4-dək qəbul olunur. Təkliflər iyunun 1-də açılacaq.
Qalib ilə müqavilə 36 ay müddətinə bağlanacaq. Bu müddət ərzində şirkət detallı layihələndirmə və tikinti işləri həyata keçirməlidir.
Tikintinin ümumi sahəsi 33,2kvadratmetr təşkil edir. Hündürlüyü təqribən 160 metr təşkil edəcək binanın ümumi mərtəbə sahəsi 67, 926 kvadratmetr təşkil edəcək. Layihələndirmə zamanı xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri. Konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaft ilə birlikdə, ofis sahələrini nəzərə almaq zəruridir.
Tkliflərin qiymətləndirilməsi bal sistemi üzrə aparılacaq: texniki amillər 60 bal, qiymət,maliyyə amilləri – 40 bal.
AMB-nin hazırki inzibati binası 1998-ci ildə tikilib və 200 əməkdaş üçün nəzərdə tutulur. Tikintisinə $30 milyon sərf olunub. Lakin ötən illər ərzində AMB-nin fəaliyyəti genişlənib, yeni struktur bölmələr yaradılıb. Nəticədə, AMB-nin ştatı mühüm dərəcədə artıb. Buna əsaslanaraq, bank üçün yeni inzibati binanın tikintsinə zərurət yaranıb. **
Ə.Məmmədov