Azərbaycan Qazaxıstanda Ticarət Evi açıb. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini müvəqqəti icra edən Yusif Abdullayev məlumat verib.
“Artıq Qazaxıstanda Ticarət Evi açılıb. Lakin biz rəsmi açılış mərasimi keçirməyi planlaşdırırıq”, - Abdullayev bazar ertəsi mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, 2020-ci ildə Rusiya və Fars körfəzi ölkələrində Ticarət evlərinin açılışı imkanı nəzərdən keçirilir.
2017-ci ildə İqtisadiyyat Nazirliyi «Made in Azerbaijan» brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə Ticarət evlərinin yaradılması ideyasının təşviqinə başlayıb. Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minsk şəhərində açılıb.
2018-ci ildə isə Kiyev, Riqa və Varşavada Ticarət evləri fəaliyyətə başlayıb.
2019-cu ildə BƏƏ-də Ticarət Evi açılıb. **
B.Rüstəmbəyov