Prezident İlham Əliyev “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamın mətni bazar ertəs dövlət başçısının saytında dərc olunub.
Komissiyanın həmsədri Azərbaycanın energetika naziridir.
Həmçinin, Komissiyaya maliyyə nazirinin birinci müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, mədəniyyət nazirinin müavini daxildir.
O cümlədən, Komissiyaya Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri daxildir. **
B.Rüstəmbəyov