Prezident İlham Əliyev Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın yeni tərkibini təsdiq edib.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Komissiyanın həmsədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, komissiyanın üzvləri xarici işlər, iqtisadiyyat, maliyyə, kənd təsərrüfatı, təhsil, gənclər və idman, mədəniyyət nazirlərinin müavinləri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.
Azərbaycan prezidenti, həmçinin Litva, İsrail və İsveçrə ilə hökumətlərarası komissiyaların yeni tərkibini təsdiq edib. Azərbaycan tərəfdən komissiyaların həmsədri iqtisadiyyat naziridir.
Bundan başqa, İ.Əliyev Tacikistanla Hökumətlərarası Komissiyanın yeni tərkibini təsdiq edib. Azərbaycan tərəfdən komissiyanın həmsədri kənd təsərrüfatı naziridir.
Eyni zamanda, dövlət başçısı Xorvatiya ilə Hökumətlərarası Komissiyanın yeni tərkibini təsdiq edib. Azərbaycan tərəfdən komissiyanın həmsədri mədəniyyət naziridir.*
X.Nəsirzadə