SOCAR şirkəti (ARDNŞ) 2020-ci ildə Belarusa 1 milyona tona qədər neft nəql edə bilər. Bu barədə “Belneftexim” konserninin sədri Andrey Rıbakov məlumat verib.
“İldən ilə həcmlər artacaq. Bu il söhbət 1 milyona tona qədər neftdən gedir. Bu, iqtisadi, logistika və s. amillərdən asılı olacaq. Lakin bu daimi əsasda olacaq”, - Rıbakov Belarusun baş naziri Sergey Rumasın SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüşünün yekunları üzrə bildirib. Bu barədə “BELTA” dövlət agentliyi məlumat verir.
Konsernin rəhbəri xatırladıb ki, Belarusu SOCAR şirkəti ilə çoxdankı əlaqələr birləşdirir. Belarus NEZ-lər artıq Azərbaycan nefti emal ediblər.
Bundan başqa, o məlumat verib ki, SOCAR-ın rəhbərliyi ilə Belarus ərazisində investisiya layihələrində Azərbatycam şirkətinin iştirakının genişləndirilməsi məsələsi müzakirə olunub. Rıbakov xatırladıb ki, artıq Mozır NEZ-də SOCAR-ın bölməsi fəaliyyət göstərir. “Onlar özlərini bütün öhdəlikləri vaxtında yerinə yetirən keyfiyyətli, etibarlı tərəfdaşlar kimi tanıdıblar” , - Rıbakov bildirib. Bu səbəbdən, SOCAR-ın “Naftan” layihələrində və “Belneftexim” konserni sistemində digər müəssisələrdə, o cümlədən başqa sahələrdə mümkün iştirakı müzakirə olunub. **
N.Abbasova