2019-cu ilin yekunları üzrə Azərbaycan $943,3 milyon dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 14,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Kənd təsərrüfatı məhsullarının ixracı strukturunda $760,7 milyon ilkin kənd təsərrüfatı məhsullarının (artım 12,2%) payına düşüb.
Emal olunmuş kənd təsərrüfatı məhsullarının ixrac həcmi $182,6 milyon (artım 23,3%) təşkil edib.
2019-cu ildə Azərbaycanda 7 milyard 836,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin göstəricisindən 7,2% çoxdur.
Heyvandarlıq məhsullarının istehsal həcmi 4 milyard 85,5 milyon manat (artım 3,5%), bitkiçilik məhsullarının ixrac həcmi 3 milyard 751,2 milyon manat (artım 11,7%) təşkil edib.*
B.Rüstəmbəyov