Martın 5-də Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Forumda hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə enerji sahəsində əməkdaşlıq məsələləri və onların perspektivləri, Kutaisidə Hualinq azad iqtisadi zonasının imkanları, Gürcüstanda biznesin həyata keçirilməsi sahəsində uğurun tarixçəsi, Azərbaycanda inkişaf layihələri müzakirə olunacaq.
“Forum çərçivəsində, həmçinin Azərbaycan və Gürcüstan iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov