Lənkəran şəhəri İcra Hakimiyyəti təmir işlərinin hyata keçirilməsinə dair iki tender elan edib.
Birinci tender avtomobil yollarının təmir işləri, yol kənarındakı hasarların və parklarda təmir işləri və gül kollarının satınalınmasını nəzərdə tutur.
Hər lot üzrə tenderdə iştirak haqqı - 200 manatdır.
Tender təklifləri 8 aprel saat 15:00 tarixinə qədər qəbul edilir. İddiaçıların təklifi 9 aprel saat 15:00 tarixində açılacaq.
İkinci tender Lənkəran şəhərində yaşayış binalarının əsaslı təmiri işlərini nzərdə tutur.
Tenderdə iştirak haqqı - 200 manatdır.
Tender təklifləri 9 aprel saat 15:00 tarixinə qədər qəbul edilir. İddiaçıların təklifi 10 aprel saat 15:00 tarixində açılacaq. **
X.Nəsirzadə