2019-cu ildə Rostov vilayətinin Azərbaycanla ticarət dövriyyəsi 30% - $61 milyonadək artıb Bunu Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bakıda Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru V.Qolubevi qəbul edib. Bu barədə qubernatiorun mətbuat xidməti məlumat verir.
“Bu gün tərəfdaşlığımız investiya, ticarət-iqtisadi və humanitar sahələri əhatə edərək fəal və kompleks şəklində inkişaf edir. Ticarət dövriyyəmiz artır, ilkin qiymətləndirməyə əsasən, 2019-cu ildə 2018-ci illə müqayisədə praktiki olaraq 30% artaraq təxminən $61 milyona çatıb”, - Qolubev bildiib.
Həmçinin, qubernator tərəfdaşlığın genişləndirilməsi planlarına toxunub. “Martın 4-də Bakıda keçiriləcək Rostov vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığının inkişafı” biznes forumu buna həsr olunacaq”, - Qolubev qeyd edib.
O, Azərbaycan prezidentinə məlumat verib ki, forumun yekunları üzrə bir sıra konkret sazişlərin imzalanması plnalaşdırılır.
Öz növbəsində, Əliyev qeyd edib ki, Azərbaycan kənd təsərrüfatı istiqamətində, həmçinin ASK texnikası üzrə Rostov vilayəti ilə qarşılıqlı əlaqədədir.
Dövlət başçısı məlumat verib ki, Rusiya prezidenti Vladimir Putindən Qələbə Paradında iştirak üşün dəvət alıb. “Adətən Qələbə Günü veteranlarımızla görüşürəm, lakin bu il Rusiya prezidentindən dəvət aldım və mayın 9-da Moskvada olmağı planlaşdırıram”, - Əliyev bildirib. **
B.Rüstəmbəyov