Türkiyə Qarabağ nizamlanması prosesinə cəlb oluna bilməz. Bu barədə çərşənbə axşamı Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bəyan edib.
“Türkiyə, o cümlədən Azərbaycana birtərəfli qaydada hərbi-siyasi yardım ilə ifadə olunan Qarabağ münaqişəsi kontekstində Ermənistan və erməni xalqı barəsində qeyri-səmimi siyasət yürüdərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində heç bir rol oynaya bilməz”, - Ermənistan XİN-in mətbuat xidmətinin məluumatında Naqdalyanın sözlərindən sitat gətirilir.
Öncə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üzərində daha səmərəli çalışmalıdır. Qərar Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qəbul olunmalıdır”,- Çavuşoğlu görüşün yekunlarına dair Twitter-də yazıb. **