Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana 3,3 milyard dollardan çox investisiya yatırıb və hazırda 1,1 milyard dollar dəyərində investisiya portfelinə malikdir. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidentiYurgen Riqterinkdeyib.
“İndiyə kimi AYİB Azərbaycana 3,3 milyard dollardan çox investisiya yatırıb. Hazırda investisiya portfeli 1,1 milyard dollar dəyərindədir”, - deyə o, bu gün Bakıda prezident İlham Əliyevlə görüşdə bildirib.
İ.Əliyev qeyd edib ki, hökumətin fəaliyyətinin əsas istiqamətləri özəl sektor, qeyri-enerji iqtisadiyyatı, yaşıl iqtisadiyyat, sənaye istehsalının artırılmasıdır.
“Görüş çərçivəsində tərəflər bərpa olunan enerji, nəqliyyat, özəl sektorun inkişafı, meliorasiya və su təchizatı və digər sahələrdə əməkdaşlığın perspektivlərini, eləcə də bu istiqamətdə konkret addımları müzakirə ediblər”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov