Prezident İlham Əliyev Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Avtomobil yolu iyirmi iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.*
B.Rüstəmbəyov