Martın 5-dən etibarən Qazaxıstanın Xəzər dənizindəki limanları Covid-19 koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan və İrandan gələn gəmilərə xidməti dayandırır. Bu barədə Qazaxıstanın sənaye və infrastrukturun inkişafı nazirliyi məlumat verir.
“Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı nazirliyi cari il martın 5-dən etibarən koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Aktau və Kurık limanlarında Azərbaycan və İrandan gələn və insanların və sürücülərlə avtonəqliyyat vəsitələrinin daşınmasını həyata keçirən gəmilərə xidmətin dayandırılması barədə məlumatlandırır”, - nazirliyin saytında dərc olunan məlumatda deyilir. **