Qazaxıstan hökuməti Covid-19 koronavirusun yayılmasının qarşısını almaq tədbirləri çərçivəsində martın 5-dən Azərbaycan və Yaponiyanın paytaxtlarına aviareyslərin sayını azaldır. Bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat verir.
Məlumata görə, cümə axşamından etibarən Nur-Sultan-Bakı aviareysi dayandırılır.
Almatıdan Bakıya aviareyslərin sayı 5-dən 2-dək azaldılır, Air Astana aviaşirkəti Bakıya 3 əvəzinə bir reys, Azerbaijan Airlines aviaşirkəti 2 əvəzinə bir reys göndərəcək. SCAT aviaşirkəti Aktaudan Bakıya reyslərin sayını həftədə 7-dən 1-ə qədər azaldır. **