Prezident İlham Əliyev bu gün Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə prezidentə məlumat veriblər.
İ.Əliyev, həmçinin Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib.*
X.Nəsirzadə