Çərşənbə günü Bakıda keçirilən “Rostov vilayəti və Azərbaycan arasında ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı” biznes forumu çərçivəsində Azərbaycan və Rostov vilayəti arasında 10 saziş imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, bu sənədlər sənaye, turizm, təhsil sahələrini əhatə edir.
Xüsusilə, sazişlər Rostov vilayəti tərəfindən Azərbaycanda polipropilen satınalınması, birbaşa hava əlaqəsinin təşkili, turistlərin cəlb edilməsi sahəsində əməkdaşlıq, Azərbaycan tərəfindən ASK texnikasının satınalınması, rəqəmsal iqtisadiyyat sahəsində kadrların hazırlanması üzrə tədris bazasının yaradılmasını nəzərdə tutur.
O cümlədən, forum çərçivəsində Rostov vilayətinin iqtisdadi imkanlarının təqdimatı keçirilib, sərmayələrin cəlb olunması birgə müəssisələrin yaradılması və s. məsələlər müzakirə edilib. **
B.Rüstəmbəyov